WhatsApp Image 2024-12-27 at 18.08.04 (3)
27 декабря 2024 г.

20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlı doğumunun 125-ci ili TÜRKSOY-da anıldı

27 декабря 2024 г.

20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlı doğumunun 125-ci ili TÜRKSOY-da anıldı

20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur şair, yazıçı, dramaturq və ssenarist Cəfər Cabbarlının doğumunun 125-ci illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-da anım tədbiri və TÜRKSOY tərəfindən nəşr olunan “Cəfər Cabbarlıdan Seçilmiş Dram Əsərləri” kitabının təqdimatı keçirilib.

TÜRKSOY, Azərbaycan Respublikasının Səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlı Ev Muzeyi və Dövlət Teatr Muzeyinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycanın Türkiyədəki Səfirliyininin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu kafedrasının müdiri professor İsrafil İsrafilov, Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsi Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı Bölümünün professoru Ərdoğan Uygur, Cəfər Cabbarlının ev-muzeyinin direktoru və ədibin nəvəsi Qəmər Bağırova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, kitabı Azərbaycan dilindən Türkiyə türkcəsinə uyğunlaşdıran Atabəy Barış və digərləri çıxış ediblər.

Ədəbiyyatsevərlərin böyük maraq göstərdiyi tədbirdən əvvəl TÜRKSOY-un foyesində Cabbarlının həyatı və yaradıcılığını əks etdirən xüsusi anlardan ibarət fotoların sərgisi təşkil olunub.

Konfrans zalında keçirilən toplantıda həmçinin yazıçının həyat və ədəbi karyerasından bəhs edən film nümayiş olunub.

TÜRKSOY-un Baş katibi Sultan Raev adından iştirakçıları salamlayan Elçin Qafarlı çıxışında bildirib ki, Cəfər Cabbarlı qısa ömrünə baxmayaraq, Azərbaycan və Türk Dünyasının çağdaş ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri olmağı bacarıb.

O, çıxışında qeyd edib: “Cabbarlı, Mirzə Fətəli Axundzadə ilə başlayan Türk Dünyası dramaturgiyasının parlaq nümayəndələrindən biridir. Cəfər Cabbarlının zəngin və bənzərsiz ədəbi irsi, maarifçi və mənalı sənətkar həyatı oxucuların və tamaşaçıların yaddaşında unudulmaz izlər qoymuşdur. Yazıçının pyesləri Azərbaycanda və digər ölkələrdə uzun illər səhnəyə qoyulmuş, bu gün də bir çox teatrların repertuarında yer almaqdadır... Cabbarlı həm də lirik-romantik və satirik şeirləri ilə tanınan şairdir. Onun lirik parçalarına bəstələnmiş çoxsaylı gözəl mahnılar mövcuddur.”

Qafarlı, TÜRKSOY-un nəşr etdiyi kitabdan danışaraq deyib: “Bugün hörmətlə xatırladığımız bu yazıçı, Azərbaycan teatr və kino sənətinin inkişafında böyük rol oynamışdır. TÜRKSOY, Cəfər Cabbarlının teatr sənətini teatrsevərlərə tanıtmaq məqsədilə dram əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıraraq möhtəşəm bir kitab hazırlamışdır.”

Azərbaycan Mədəniyyət Mərkəzinin müdiri Samir Abbasov çıxışında bildirib ki, Cabbarlının şeir və dram əsərləri dil zənginliyi və obraz dərinliyi ilə seçilir, Azərbaycan türkcəsinin gözəlliyini və imkanlarını tam şəkildə nümayiş etdirir və dilin xalq arasında yayılmasına və zənginləşməsinə böyük töhfə vermişdir. Abbasov deyib: “Cabbarlının əsərləri həmçinin milli tariximizi, ənənələrimizi, xalqımızın keçmişini qoruyaraq gələcək nəsillərə ötürməyə xidmət etmişdir. O, yalnız yazıçı və ssenarist kimi deyil, həm də Azərbaycan mədəniyyətinin inkişafında fəal rol oynayan bir intellektual kimi tanınmışdır. Onun teatr sənətinə verdiyi töhfələr Azərbaycan teatrının formalaşmasında mühüm rol oynamışdır.”

Gəmər Bağırova Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına bənzərsiz xidmətlər göstərmiş bir şəxsiyyət olduğunu vurğulayıb: “1982-ci ildə, Cəfər Cabbarlının 80 illik yubileyi münasibətilə həm bir abidə ucaldılmış, həm də ev muzeyi açılmışdır. Cəfər Cabbarlı həm də böyük bir türkçü idi və həyatının sonuna qədər bu ideologiyanı, xüsusilə ‘Edirne Fəthi’ və ‘Trablus Müharibəsi’ əsərlərində işləməyə davam etmişdir.”

Konuşmalardan sonra “Cəfər Cabbarlıdan Seçilmiş Dram Əsərləri” kitabının təqdimat mərasimi keçirilib.

Professor Erdoğan Uygur çıxışında yazıçının həyatını danışmağın çətin olduğunu qeyd edib: “Cabbarlı, dramaturq kimi tanınmazdan əvvəl şair olaraq ön plana çıxmış və daha sonra dram əsərləri yazmağa başlamışdır. Azərbaycan ədəbiyyatının simvolik şəxsiyyətlərindən biridir. Onun həyatında və ədəbi yaradıcılığında şeirlər və pyeslər mövcuddur. Mirzə Ələkbər Sabirdən təsirlənərək əsərlərində sosial ədalətsizlik, cəhalət və tamah kimi mövzulara toxunmuşdur. Həmçinin ədəbiyyatımıza yeni mövzular qazandırmışdır.”

Professor İsrafil İsrafilov çıxışında Cabbarlının yalnız bir türk sevdalısı və böyük vətənpərvər olmaqla kifayətlənmədiyini, həm də Sovet dramaturgiyasının qurucularından biri olduğunu vurğulayıb.

Tədbir iştirakçılarının çıxışlarının ardınca Elçin Qafarlı TÜRKSOY-un Baş katibi Sultan Raev adından iştirakçılara medal və plaket təqdim edib.

Media Qalereyası

WhatsApp Image 2024-12-27 at 18.08.04
WhatsApp Image 2024-12-27 at 18.08.04 (3)
WhatsApp Image 2024-12-27 at 18.08.04 (2)
WhatsApp Image 2024-12-27 at 18.08.04 (1)
WhatsApp Image 2024-12-27 at 18.08.03
WhatsApp Image 2024-12-27 at 18.08.03 (4)
WhatsApp Image 2024-12-27 at 18.08.03 (2)
WhatsApp Image 2024-12-27 at 18.08.03 (3)
WhatsApp Image 2024-12-27 at 18.08.02
WhatsApp Image 2024-12-27 at 18.08.03 (1)
WhatsApp Image 2024-12-27 at 18.08.02 (4)
WhatsApp Image 2024-12-27 at 18.08.02 (2)
WhatsApp Image 2024-12-27 at 18.08.02 (3)
WhatsApp Image 2024-12-27 at 18.08.02 (1)
WhatsApp Image 2024-12-27 at 18.08.01
WhatsApp Image 2024-12-27 at 18.08.01 (3)
WhatsApp Image 2024-12-27 at 18.08.01 (4)
WhatsApp Image 2024-12-27 at 18.08.01 (1)
WhatsApp Image 2024-12-27 at 18.08.01 (2)
WhatsApp Image 2024-12-27 at 18.08.00
WhatsApp Image 2024-12-27 at 18.08.00 (3)
WhatsApp Image 2024-12-27 at 18.08.00 (2)
WhatsApp Image 2024-12-27 at 18.08.00 (1)
WhatsApp Image 2024-12-27 at 18.07.59
WhatsApp Image 2024-12-27 at 18.07.59 (4)
WhatsApp Image 2024-12-27 at 18.07.59 (3)
WhatsApp Image 2024-12-27 at 18.07.59 (2)
WhatsApp Image 2024-12-27 at 18.07.59 (1)
WhatsApp Image 2024-12-27 at 18.07.58
WhatsApp Image 2024-12-27 at 18.07.58 (4)
WhatsApp Image 2024-12-27 at 18.07.58 (3)
WhatsApp Image 2024-12-27 at 18.07.58 (2)
WhatsApp Image 2024-12-27 at 18.07.58 (1)

© 2022 TÜRKSOY - Bütün hüquqlar qorunur